Ana Sayfa > Karusel / Dünya > Belarus Brüsseldə tutduğu mövqeyə görə Azərbaycana təşəkkür edib
Belarus Brüsseldə tutduğu mövqeyə görə Azərbaycana təşəkkür edib17-12-2021, 11:08. Yazar: Admin |
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Belarus xarici işlər naziri Vladimir Makey ilə telefon danışığı baş tutub. Bu barədə Qarabaginfo.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Tərəflər Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər. Nazir Vladimir Makey, Şərq Tərəfdaşlığının 6-ci Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib. Nazirlər həmçinin regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar. Geri dön |