Ana Sayfa > Karusel / Gündəm > Bu gün daha 2 erməni terrorçu hakim qarşısına çıxarılır

Bu gün daha 2 erməni terrorçu hakim qarşısına çıxarılır


17-12-2021, 10:36. Yazar: Admin

Bu gün terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi başlayır.

Qarabaqinfo.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi və məhkəmənin baxış iclasının təyin olunacağı gözlənilir.

 Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir. ( modern.az)


Geri dön