Ana Sayfa > Karusel / Region > Rusiya Dumasında dava düşdü

Rusiya Dumasında dava düşdü


17-12-2021, 00:33. Yazar: Admin

Rusiya Federasiyası Dövlət Dumasında dava düşüb. Belə ki, Kommunist Partiyasından olan deputatlar ictimai yerlərdə QR-kodların tətbiqi ilə bağlı qanun layihəsinin birinci oxunuşu zamanı “KPRF QR-faşizmə qarşı” plakatını qaldıraraq etiraz aksiyası keçiriblər. 

Bu, Vahid Rusiya fraksiyasından olan millət vəkilləri ilə mübahisəyə səbəb olub. Spiker Vyaçeslav Volodin aksiyanı “sirk” adlandırıb və “hər biri yarım milyon rubl alıb konsert verməyə başlayır”, - deyə deputatlardan şikayətlənib.

Qanun layihəsi 87 səs qarşı 329 səslə qəbul edilib. 


Geri dön