Bu gün İranın Sistan və Bəkuçistan əyalətinin Səravan sərhəd bölgəsində terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat keçirilib.
Qarabaginfo.az xəbər verir ki, əməliyyat zamanı 4 terrorçu öldürülüb.
Onlardan xeyli sayda silah-sursat götürülüb. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.