Ana Sayfa > Karusel / İqtisadiyyat > KOBİA daha iki sahibkara “Startap” şəhadətnaməsi verib

KOBİA daha iki sahibkara “Startap” şəhadətnaməsi verib


16-12-2021, 17:50. Yazar: Admin

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 27-yə çatıb.

Bu barədə Qarabaginfo.az-a KOBİA-ya istinadən xəbər verir.

“Startap” şəhadətnaməsi "Safavy" MMC-nin onlayn özünü inkişaf və təhsil platforması (www.safavy.org) və "Fogito" MMC-nin biznesin idarəedilməsi üzrə onlayn platforması (

www.fogito.com

) üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: 

https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Geri dön