Ana Sayfa > Karusel / Siyasət > NATO Gürcüstan və Ukraynanın üzvlüyü ilə bağlı Rusiyanın etirazlarına məhəl qoymayacaq

NATO Gürcüstan və Ukraynanın üzvlüyü ilə bağlı Rusiyanın etirazlarına məhəl qoymayacaq


16-12-2021, 17:25. Yazar: Admin

Yens Stoltenberq

 

NATO Baş katibi Yens Stoltenberq alyansın Ukraynaya hərbi dəstəyinin Rusiya üçün təhlükə daşımadığını və Ukraynanın hərbi bloka üzvlüyünə 30 üzv ölkənin birgə qərar verəcəyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş katib Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında açıqlayıb.

O, Rusiyanın etirazlarına baxmayaraq, NATO-nun genişlənəcəyini qeyd edib: “NATO genişlənmə prosesini davam etdirir. Biz artıq Rusiyanın etirazlarına baxmayaraq, Şimali Makedoniya və Çernoqoriyanı üzv qəbul etmişik”.

Y. Stoltenberq Gürcüstan və Ukraynanın gələcəkdə alyansa üzvlüyü ilə bağlı Rusiyanın etirazlarına məhəl qoyulmayacağını da qeyd edib.(Apa)


Geri dön