Ana Sayfa > Karusel / Sosial > ƏƏSMN Prezidentin şəhid ailələri və müharibə əlillərinə mənzil verilməsi ilə bağlı son fərmanını şərh edib

ƏƏSMN Prezidentin şəhid ailələri və müharibə əlillərinə mənzil verilməsi ilə bağlı son fərmanını şərh edib


16-12-2021, 17:09. Yazar: Admin

ƏƏSMN Prezidentin şəhid ailələri və müharibə əlillərinə mənzil verilməsi ilə bağlı son fərmanını şərh edib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin, digər həssas qrupların mənzil və fərdi evlə təminatı proqramı ildən-ilə genişlənir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, dövlət başçısının yeni, “Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” 16 dekabr 2021-ci il tarixli Fərmanı da bu kateqoriyalara aid vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi qayğının növbəti təzahürüdür.

Fərmanla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhərində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalardakı, həmçinin paytaxtın Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalardakı istifadəsiz qalan mənzillərin satışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Mənzillərin satışı onların sayı müvafiq ərazi üzrə uçota alınmış şəxslərin (şəhid ailələri və müharibə əlillərinin, gözdən əlilliyi olan şəxslərin, uşaqlar üçün sosial xidmət və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının) sayından artıq olduqda həyata keçiriləcək.

Nazirlik mənzillərin satışından əldə olunan vəsaiti digər rayonlar (şəhərlər) üzrə şəhid ailələri və müharibə əlillərinin, habelə Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün sərf edəcək.

Mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasının layihəsi Nazirlər Kabineti tərəfindən hazırlanaraq bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.


Geri dön