Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Yoluxma azaldı - 12 nəfər öldü
Ana Sayfa > Karusel / Gündəm / Sosial > Yoluxma azaldı - 12 nəfər öldü

Yoluxma azaldı - 12 nəfər öldü


16-12-2021, 16:48. Yazar: Admin
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 984 yeni yoluxma faktı qeydə alınıb, 1 748 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaqinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 608 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 582 243 nəfər müalicə olunaraq sağalıb, 8 149 nəfər vəfat edib. 17 668 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 440, bu günə qədər isə ümumilikdə 5 718 629 test icra olunub. 


Geri dön