Ana Sayfa > Karusel / Dünya > Zelenski Ukrayna-Rusiya müharibəsini arzulamır

Zelenski Ukrayna-Rusiya müharibəsini arzulamır


16-12-2021, 15:45. Yazar: Admin

Vladimir Zelenski

 

Ukrayna Prezidenti Vladimir Zelenski böyük insan tələfatı olacağı üçün Rusiya ilə hərbi qarşıdurmanı istəmədiyini, məsələnin diplomatik formatda danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu deyib.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə bu gün NATO Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi brifinqdə bildirib.

“Biz hər halda Rusiya ilə diplomatik formatda danışıqlara inanırıq. Əminik ki, müharibə olarsa, on minlərlə, yüz minlərlə və milyonlarla qurban olacaq, istənilən sivil insan kimi bunu arzulamırıq”, - Ukrayna dövlət başçısı vurğulayıb.


Geri dön