Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıdakı küçələrdən birinə şəhid jurnalistin adı verildi - FOTO

Bakıdakı küçələrdən birinə şəhid jurnalistin adı verildi - FOTO


15-12-2021, 15:18. Yazar: Admin

Bakının Binəqədi rayonundakı küçələrdən birinə şəhid jurnalist Məhərrəm İbrahimovun adı verilib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə jurnalistin ailəsindən bildirilib.

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun imzaladığı qərara əsasən, M.İbrahimovun adı Rəsulzadə qəsəbəsində vaxtilə yaşadığı küçəyə verilib. Artıq küçəyə jurnalistin adını bildirən lövhə də vurulub.

 

Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - AZƏRTAC-ın müxbiri M.İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olublar.(modern.az)

 

 

Ölümündən sonra M.İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Mərhum jurnalistin iki övladı var.


Geri dön