Ana Sayfa > Karusel / Dünya > Peqov sərbəst buraxıldı

Peqov sərbəst buraxıldı


15-12-2021, 10:52. Yazar: Admin

Peqov sərbəst buraxıldı 

Vətən müharibəsi zamanı cəbhədən təxribat xarakterli saxta məlumatlar yayan, “WarGonzo”nun jurnalisti Semyon Peqov Moldova xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Artem Turov öz teleqram kanalında məlumat verib.

Turov qeyd edib ki, Peqovun üzərində axtarış aparılıb. O, Kişinyovdan Moskvaya uçmaq istəyərkən saxlanılıb.

***

A. Turovun sözlərinə görə, Moldova xüsusi xidmət orqanlarının əməkdaşları Peqovun üzərində axtarış aparıb, onun telefonlarına, noutbukuna və digər avadanlıqlarına baxış keçiriblər. Eyni zamanda, onu Ukrayna təhlükəsizlik qüvvələrinə təhvil verəcəklərini bildiriblər.

Deputat Peqovun bir saatdan çox saxlanıldığını, daha sonra sərbəst buraxıldığını sözlərinə əlavə edib.

Xatırladaq ki, müharibə zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Semyon Peqovla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.(Qafqazinfo)


Geri dön