Ana Sayfa > Karusel / Region > Gürcüstanda koronavirusdan daha 53 nəfər ölüb

Gürcüstanda koronavirusdan daha 53 nəfər ölüb


15-12-2021, 10:43. Yazar: Admin

Gürcüstanda koronavirusdan daha 53 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 278 yoluxma halı qeydə alınıb, 53 nəfər ölüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 898 079, ölənlərin sayı isə 12 879 nəfərə çatıb.

Virusa yoluxanlardan 844 875 nəfərin sağaldığı bildirilib.


Geri dön