Şəkidə yol nəqliyyat hadisəsi baş verib.
Qarabaginfo.az-ın məlumatına görə, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.
İnsident zamanı iki avtomobil toqquşub, onlardan biri yolu keçən piyadanı vurub. Belə ki, hərəkətdə olan “VAZ-2107” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində idarəetmədən çıxan “Toyota” yolu keçmək istəyən piyada, 1971-ci il təvəllüdlü Şəki sakini Mahmud Abdullayevi vurub. Ağır xəsarət alan 50 yaşlı M. Abdullayev Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.