Ana Sayfa > Karusel / Gündəm > Tofiq Yaqublunu kimin döydüyü bəlli oldu
Tofiq Yaqublunu kimin döydüyü bəlli oldu14-12-2021, 15:12. Yazar: Admin |
“Polisə aidiyyəti olmayan dəstə Bakıdan kənara aparıb döyüb” Qarabaginfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müxalif hüquq müdafiəçisi Rüfət Səfərov deyib. O bildirib ki, polis-vətəndaş münasibətləri, polisin aksiyalarda jurnalistlərə, vətəndaşlara davranışı görüşün əsas məsələsi olub. R.Səfərovun sözlərinə görə, görüş zamanı 1 dekabr aksiyasında siyasətçi Tofiq Yaqublunun polis tərəfindən döyülməsi iddialarını da nazirlə müzakirə ediblər: "Vilayət Eyvazov bildirdi ki, aksiyada saxlanılma və maşına mindirilmə zamanı müəyyən sıyrıqlar, yüngül xəsarətlər ola bilər. Amma Tofiq Yaqublunun üzündəki xəsarətlərin polisə aidiyyəti olmadığını dedi. Nazir bildirdi ki, məsələni prokurorluq araşdırıb qiymət verəcək. Mən belə başa düşdüm ki, Tofiq bəy polisə aidiyyəti olmayan, qanunsuz dəstə tərəfindən Bakıdan 70-80 km kənara aparılıb, döyülüb. Bildirdik ki, nəyə görə bu hadisə ilə bağlı cinayət işi başlanmır. Nazirin fikri bu oldu ki, prokurorluq orqanları məsələni araşdırsın. Ondan sonra əgər hansısa polis məsuliyyət daşımalıdırsa, daşıyacaq”. Geri dön |