“Milli Məclis bütün dövlət qurumlarına hörmətlə yanaşır”. Qarabaginfo.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayev deyib. Deputat bildirib ki, bu Dövlət Gömrük Komitəsi də bu sıradadır: “Ola bilsin ki, Səfər Mehdiyevin son müsahibəsində bəzi anlaşmazlıqlar var. Səfər müəllim bu məsələyə aydınlıq gətirməlidir. Hörmətli sədr, xahiş edirəm aydınlıq gətirilməzsə, bu məsələ ilə bağlı təşəbbüslə çıxış edəsiniz. Deputatlar anlayışı çox böyük anlayışdır”. Sədr Sahibə Qafarova isə qeyd edib ki, bu günlərdə bir neçə saytda Gömrük Komitəsinin sədrinin müsahibəsi verilib: “Dünən Səfər Mehdiyev mənə telefon açaraq təəssüf hissi ilə bildirib ki, müsahibədə onun fikri tam ifadə olunmayıb. O deputatları deyil, bəzi məmurları nəzərdə tutub”.
Geri dön
|