Ana Sayfa > Karusel / Gündəm > COVID-19 pasportu olmadığına görə 38 nəfər şənliyə buraxılmayıb
COVID-19 pasportu olmadığına görə 38 nəfər şənliyə buraxılmayıb14-12-2021, 11:16. Yazar: Admin |
Dekabrın 13-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 88 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-dən Qarabaginfo.az-a verilən məlumata görə, monitorinq 85 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə: - 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 38 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. Geri dön |