Ana Sayfa > Karusel / Region > Türkiyədə daha 171 nəfər koronavirusdan vəfat edib

Türkiyədə daha 171 nəfər koronavirusdan vəfat edib


13-12-2021, 22:55. Yazar: Admin

Türkiyədə daha 171 nəfər koronavirusdan vəfat edib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 171 nəfər ölüb.

Qarabaginfo.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 351 536 nəfərin test edildiyi, 18 796 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 23 242 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 121 804 033 peyvənd tətbiq edilib ki, bunun 91,10 faizi birinci, 82,10 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.


Geri dön