Ana Sayfa > Karusel / Gündəm > DİN Fəvvarələr Meydanında aksiya keçirmək barədə çağırışlara münasibət bildirib

DİN Fəvvarələr Meydanında aksiya keçirmək barədə çağırışlara münasibət bildirib


13-12-2021, 22:49. Yazar: Admin

Ehsan Zahidov

Sosial şəbəkələrdə dekabrın 15-də saat 12:00-da paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış qanunsuz aksiya keçirmək barədə çağırışlar edilir.

Qarabaginfo.az xəbər verir ki, məsələyə münasibət bildirən DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, belə çağırışlardan artıq xəbərdardırlar.

"Dekabrın 1-də olduğu kimi bu dəfə də ictimai asayişin qorunması məqsədilə müvafiq tədbirlər görüləcək. Bu zaman yarana biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək", deyə E.Zahidov bildirib.


Geri dön