Ana Sayfa > Karusel / Region > İki gün sonra nələr olacaq? - “Döyüşlər olacaq, Paşinyan yeni proses planlaşdırıb” - ŞOK İDDİA
İki gün sonra nələr olacaq? - “Döyüşlər olacaq, Paşinyan yeni proses planlaşdırıb” - ŞOK İDDİA13-12-2021, 21:26. Yazar: Admin |
Dekabrın 15-dən sonra sərhəddə atışmalar kəskinləşəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Qarabağdakı separatçı-terrorçu rejimin keçmiş qondarma “fövqəladə hallar naziri” Boris Avaqyan deyib. Onun sözlərinə görə, bu, Paşinyan və “dostları” tərəfindən planlaşdırılan prosesdir: “Atışmalarda ölənlər və yaralananlar olacaq. Bundan sonra Paşinyan parlamentdə çıxış edəcək, Tavuşun 6 kəndinin (burada Qazaxın işğal altındakı 7 kəndi nəzərdə tutulur) təhvil verilməsini səsverməyə çıxaracaqlar və qaytaracaqlar. Ondan sonra Paşinyan xalqa deyəcək ki, bütün günah ruslardadır, onlar buna məcbur edir”. Qeyd edək ki, dekabrın 15-də Azərbaycan və Ermənistan rəhbərliyi arasında Brüssel görüşü keçiriləcək.(Publika.az) Geri dön |