Ana Sayfa > Karusel / Gündəm > Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” formatını saxlamaq istəyir

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” formatını saxlamaq istəyir


13-12-2021, 17:34. Yazar: Admin

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” formatını saxlamaq istəyir

“Avropa İttifaqı "Şərq Tərəfdaşlığı"na üzv ölkələrin ambisiyalarına uyğun olaraq müvafiq yanaşma nümayiş etdirsə də, tərəfdaşlıqda inklüzivliyi vacib hesab edir”.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə "Şərq Tərəfdaşlığı" sammitindən qabaq keçirilən mətbuat konfransında yüksək səviyyəli Aİ diplomatı deyib.

“Tərəfdaş ölkələr hər biri fərqli situasiyadadır. Üç ölkə "Assosiasiyalı üçlük" platforması yaradıb, onlar Aİ ilə daha çox yaxınlaşmağa meyllidir. Digər iki ölkənin fərqli ambisiyaları var. Və təbii ki, bir də Belarus var. Biz bu formatı saxlamaq istəyirik. Bu, yalnız tərəfdaş ölkələr və Aİ arasında deyil, həm də bu ölkələrin öz aralarında tərəfdaşlığı təbliğ edir. Aİ bu proqramdakı tərəfdaş ölkələrlə əməkdaşlıq edir, onların ambisiyalarını nəzərə alır, eyni zamanda, tərəfdaş ölkələrin nə çatdırmaq istədiklərinə xüsusi diqqət ayırır.

Belarus xüsusi haldır. Oradakı hökumət "Şərq Tərəfdaşlığı"nda iştiraklarını dayandırdığını bəyan edib. Lakin Belarus unudulmayıb və bu ölkədə baş verənlər hər zaman beynəlxalq gündəlikdə olmalıdır. Biz demokratik güclərə dəstəyimizi davam etdirməliyik. Uğurlu transformasiyada yaxşı idarəçilik, güclü vətəndaş cəmiyyəti, azad media vacib elementlərdir”, - diplomat qeyd edib.


Geri dön