Ana Sayfa > Karusel / Siyasət > Sabah İlham Əliyev Paşinyanla GÖRÜŞƏCƏK
Sabah İlham Əliyev Paşinyanla GÖRÜŞƏCƏK13-12-2021, 16:43. Yazar: Admin |
Sabah - dekabrın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Qarabaginfo.az xəbər verir ki, məlumatı TASS yayıb. Əvvəlcə Prezident İlham Əliyevlə Ş.Mişel arasında ikitərəfli görüş olacaq. Avropa İttifaqı Şurasının Prezidenti daha sonra N.Paşinyanla danışıqlar aparacaq. Sonra isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olacaq. Geri dön |