Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda son sutkada 518 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib

Azərbaycanda son sutkada 518 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib


13-12-2021, 16:36. Yazar: Admin

Azərbaycanda son sutkada 518 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 518 yeni yoluxma faktı qeydə alınıb, 871 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 604 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 577 135 nəfər müalicə olunaraq sağalıb, 8104 nəfər vəfat edib, aktiv xəstə sayı 19 759 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 510, ötən müddət ərzində isə ümumilikdə 568 3256 test aparılıb.


Geri dön