Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda COVID-19-a yoluxma sayını proqnozlaşdırmaq üçün model tətbiq edilib
Azərbaycanda COVID-19-a yoluxma sayını proqnozlaşdırmaq üçün model tətbiq edilib13-12-2021, 16:17. Yazar: Admin |
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova və institutun əməkdaşı Aybəniz Əliyevanın birgə müəllifi olduqları məruzə Rusiyada onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda müzakirə olunub. AMEA-dan Qarabaginfo.az-a bildirilib ki, “Prophet modelindən istifadə etməklə Azərbaycanda COVID-19 pandemiyasına yoluxma (təsdiqlənmiş) və ölüm hallarının proqnozlaşdırılması” mövzusunda məruzəni təqdim edən A.Əliyeva yeni koronavirus xəstəliyinin (COVID-19) 21-ci əsrin ən qaçılmaz yoluxucu xəstəliklərindən biri kimi qəbul edildiyini diqqətə çatdırıb. Bildirib ki, ilk COVID-19 hadisəsi 2019-cu ilin dekabrında Çində aşkarlanıb və sonra bütün dünyaya sürətlə yayılmağa başlayıb. 2020-ci ilin əvvəlindən başlayaraq bu virusa qarşı görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, Azərbaycanda tezliklə minlərlə insan bu virusa yoluxub və əziyyət çəkib. “Effektiv müalicə olmadıqda, səhiyyə siyasətinin əsas aləti pandemiyanın gedişatının modelləşdirilməsi və proqnozlaşdırılmasıdır”, - deyən tədqiqatçı proqnoz verilənlərinin xəstəxana personalı və təchizatın planlaşdırılmasında, peyvənd ssenarilərində, profilaktika strategiyalarının hazırlanmasında və qiymətləndirilməsində istifadə edilə bildiyini vurğulayıb. Məruzəçi nəzərə çatdırıb ki, son vaxtlar maşın təlimi alqoritmləri müxtəlif tətbiqlərdə zaman sırası verilənlərinin manipulyasında mühüm rol oynayır. Tədqiqat zamanı Azərbaycanda yaxın günlərdə gözlənilən COVID-19-a yoluxma hallarının və ölüm hallarının sayını proqnozlaşdırmaq üçün Prophet modeli tətbiq edilib. Modelin performansı orta mütləq faiz xətası (MAPE), orta kvadratik kok xətası (RMSE) və orta mütləq xəta (MAE) ilə qiymətləndirilib. Geri dön |