Ana Sayfa > Karusel / Gündəm > Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Qanın milləti yoxdur" adlı aksiya keçirilib

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Qanın milləti yoxdur" adlı aksiya keçirilib


13-12-2021, 15:02. Yazar: Admin

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Qanın milləti yoxdur adlı aksiya keçirilib

Rusiya-Azərbaycan Gənclər Birliyi (AMOR) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) dəstəyi ilə Moskvada "Qanın milləti yoxdur" adlı növbəti xeyriyyə aksiyası keçirib.

Qarabaginf.az-ın Rusiya bürosunun məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilən humanitar tədbir MDTU-nun Kliniki transfuziologiya və hematologiya kafedrasında baş tutub.

Tədbirdə çıxış edən MDTU-da Azərbaycan klubunun sədri Simarə Məmmədova bildirib ki, azərbaycanlı gənclər xeyriyyə məqsədi ilə qan verirlər: “Məqsədimiz ankoliji xəstəlikdən və COVİD-19-dan əziyyət çəkən insanlara yardım etməkdir”

Xatırladaq ki, qanvermə aksiyası 3 gün davam edəcək. Artıq 13 ildir mütamadi olaraq keçirilən xeyriyyə aksiyasında minə yaxın gəncin iştirak edəcəyi gözlənilir. (report.az)


Geri dön