Ana Sayfa > Karusel / Gündəm > Platforma yayımçıları üçün lisenziya və gündəlik teleradio yayımının müddətinə dair tələb müəyyənləşir

Platforma yayımçıları üçün lisenziya və gündəlik teleradio yayımının müddətinə dair tələb müəyyənləşir


13-12-2021, 13:43. Yazar: Admin

Platforma yayımçıları üçün lisenziya və gündəlik teleradio yayımının müddətinə dair tələb müəyyənləşir

Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi orqanlar (qurumlar) istisna olmaqla, dövlət orqanları (qurumları) və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən maliyyələşən, həmin orqanın (qurumun) fəaliyyət sahəsini əks etdirən, ictimai yayım funksiyası daşıyan audiovizual yayımçı yalnız platforma yayımçısı kimi fəaliyyət göstərə bilər.
Qarabaginfo.az-ın məlumatına görə, bu, sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq “Media haqqında” qanun layihəsində əksini tapıb.
Audiovizual media televiziya və radio yayımının, o cümlədən, sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən mediadır. Audiovizual media subyekti olan platforma yayımçıları aşağıdakılardır:
- peyk yayımı həyata keçirən platforma yayımçısı;
- peyk yayımı həyata keçirməyən platforma yayımçısı.
Layihəyə əsasən, platforma yayımçısı audiovizual proqramların məzmunu üzərində cavabdehlik daşıyan və həmin proqramları platforma və (və ya) multipleks operatoru və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, yaxud birbaşa internet üzərindən yayımlayan fiziki və ya hüquqi şəxsdir. Platforma yayımçısı lisenziya əsasında fəaliyyət göstərir. Peyk yayımı həyata keçirən platforma yayımçısı üçün lisenziya müsabiqə əsasında yalnız hüquqi şəxslərə verilir. Platforma yayımçısı praym-taymda yayımlanan proqramlarında dövlət dilindən istifadəni tam təmin etdikdə reklam fəaliyyəti həyata keçirə bilər. Platforma yayımçısı proqramlarını onların məzmununa dəyişiklik etmədən öz veb-saytında və digər video paylaşım platformalarında yayımlaya bilər. Platforma yayımçısının redaksiyası Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməlidir və gündə minimum 6 saat yayım həyata keçirməlidir. Birbaşa internet üzərindən yayımlanan platforma yayımçısı nəzərdə tutulmuş tələblərlə yanaşı, veb-sayta və müəyyən proqram cədvəlinə malik olmalı, habelə yayımı özünün veb-saytından həyata keçirməlidir.
Qeyd edək ki, hazırda qüvvədə olan “Televiziya və radio yayımı haqqında” qanunda “platforma yayımçısı” anlayışı əksini tapmayıb.


Geri dön