Ana Sayfa > Karusel / Gündəm > Avropada qazın qiyməti oktyabrdan ilk dəfə 1 300 dolları ötüb

Avropada qazın qiyməti oktyabrdan ilk dəfə 1 300 dolları ötüb


13-12-2021, 12:30. Yazar: Admin

Avropada qazın qiyməti oktyabrdan ilk dəfə 1 300 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin oktyabrın əvvəlindən ilk dəfə olaraq 1 300 ABŞ dollarını ötüb.

Qarabaginfo.az-ın məlumatına görə, 13 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 354 dollar təşkil edib, bu da ötən günün hərracların bağlanışında qeydə alınan qiymət ilə müqayisədə demək olar ki 8% artım deməkdir.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.


Geri dön