Ana Sayfa > Karusel / Sosial > Bakıda kütləvi zəhərlənmə baş verən dönərxananın fəaliyyəti dayandırılıb

Bakıda kütləvi zəhərlənmə baş verən dönərxananın fəaliyyəti dayandırılıb


13-12-2021, 11:47. Yazar: Admin

Bakıda kütləvi zəhərlənmə baş verən dönərxananın fəaliyyəti dayandırılıb

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verən obyektin fəaliyyəti dayandırılıb

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma davam edir: “Ekspertizalar təyin olunub. Obyektin fəaliyyəti dayandırılıb".

Qeyd edək ki, Bakıda dönərdən zəhərlənən 8 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Onlar "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər. Müraciət edənlərin 1-i qadın, 7-si kişi olub. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.


Geri dön