Ana Sayfa > Karusel / Region > Həkim: “Saakaşvilinin vəziyyəti pisdir, müalicə üçün xaricə göndərilməlidir”

Həkim: “Saakaşvilinin vəziyyəti pisdir, müalicə üçün xaricə göndərilməlidir”


13-12-2021, 08:33. Yazar: Admin

 

Həkim: “Saakaşvilinin vəziyyəti pisdir, müalicə üçün xaricə göndərilməlidir”

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze siyasətçinin vəziyyətini qeyri-qənaətbəxş adlandırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Report" Gürcüstan mətbuatına istinadən xəbər yayıb.

Həkimin fikrincə, Qoridə hərbi hospitalda olan Saakaşvilinin müalicəsi yüksək ixtisaslı diaqnostika və müasir dərmanlar tələb edir.

"Mixeil Saakaşvilinin vəziyyəti qeyri-qənaətbəxşdir. Onda ümumi zəiflik var, son iki gündə mədə və bağırsaq problemləri əlavə olunub. Yüksək ixtisaslı diaqnostika və güclü dərmanlar tələb edilir. Onda əvvəllər müşahidə edilməyən anemiya ortaya çıxıb", - Kipşidze xəstəni müayinə etdikdən sonra bazar günü axşam deyib.

Eyni zamanda, Gürcüstanın Xalq Müdafiəçisinin himayəsi altında yaradılan alternativ tibb şurasının üzvü, bazar günü Saakaşvilini də müayinə edən nevroloq Otar Toidze də eks-prezidentin nevroloji vəziyyətini ağır adlandıraraq, onun psixonevroloji reabilitasiya mərkəzi xəstəxanaya göndərilməsini tələb edib.

"Mixeil Saakaşvilinin nevroloji vəziyyəti ağırdır. Onda hərəkət, əhval-ruhiyyə dəyişikliyi problemi var. Saakaşvilinin nevroloji vəziyyəti xüsusi reabilitasiyaya ehtiyac olduğunu göstərir. Onun xüsusi müalicə müəssisəsində ehtiyacı var və mən bunun Gürcüstanda tapılacağına şübhə edirəm", - həkim jurnalistlərə bildirib.

Otar Toidze həmçinin deyib ki, Saakaşvili Rustavi həbsxanasında və həbsxananın xəstəxanasında səhhəti üçün zərərli sayılan psixotrop dərman qəbul edib, buna görə onun vəziyyəti pisləşib.

"Biz hesab edirik ki, bu dərman Mixeil Saakaşvilinin ümumi psixoloji və nevroloji vəziyyətini pisləşdirib", - Toidze vurğulayıb.

“Saakaşvili mənə dedi ki, xalqına kömək etmək üçün Gürcüstana qayıdıb, ona görə də burada qalmalıdır”, - həkim deyib.


Geri dön