Ana Sayfa > Karusel / Dünya > Boris Conson Omicronla mübarizə çərçivəsində yeni missiya başladıb

Boris Conson Omicronla mübarizə çərçivəsində yeni missiya başladıb


13-12-2021, 07:06. Yazar: Admin

Boris Conson

Böyük Britaniyanın baş naziri Boris Conson bu gün Omicrona qarşı mübarizədə milli gücləndirici vaksinasiya proqramına başladıqlarını bildirib.

Qarabaginfo.az xəbər verir ki, yeni proqrama əsasən, bu ilin sonuna qədər 18 yaşını ötən hər bir şəxs koronavirusa qarşı üçüncü doza vaksin olunacaq.

Boris Conson bildirib ki, Omicron sürətlə dalğa halında yayılır və iki doza peyvənd hamının ehtiyac duyduğu qorunma səviyyəsini təmin etmək üçün kifayət deyil.

Baş nazir bildirib ki, bütün yetkin yaşına çatmış şəxslərin yanvarın 1-nə qədər üçüncü doza vaksin olunması fövqəladə səy tələb edəcək və buna görə klinikalar öz iş saatlarını uzatmalı olacaq.


Geri dön