Ana Sayfa > Karusel / Region > Gürcüstanın iqtisadiyyat naziri sabah Azərbaycana gələcək

Gürcüstanın iqtisadiyyat naziri sabah Azərbaycana gələcək


12-12-2021, 23:48. Yazar: Admin

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava sabah Bakıya səfər edəcək. Səfərdə məqsəd Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan biznes forumunda iştirak etməkdir.

İki gün davam edəcək forumda ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, sərmayə qoyuluşu, regional iqtisadi layihələrin perspektivləri və s. məsələlər diqqət mərkəzində olacaq.

Gürcü nazirin Bakıda bir neçə görüşləri də nəzərdə tutulub.


Geri dön