Ana Sayfa > Karusel / Dünya > “Rusiyanın parçalandığı əks olunan xəritələri görmüşəm” 

“Rusiyanın parçalandığı əks olunan xəritələri görmüşəm” 


12-12-2021, 22:10. Yazar: Admin

“Qərb ölkələri 1990-cı illərdə hesab edirdilər ki, Rusiya tezliklə parçalanacaq, bu yalnız zaman məsələsidir”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Putin “Rossiya” telekanalının “Yeni tarix” filmində verdiyi müsahibəsində bildirib.
Putin deyib ki, Rusiyanın bir neçə müstəqil dövlətlərə parçalandığı əks olunan xəritələri görüb: “Belə xəritələri görmüşəm. Məsələ xəritələrdə deyil. Bir neçə prezident həmkarımla söhbətdə bir dövlət başçısı mənə dedi ki, “Avropada Rusiyanın parçalanıb-parçalanmayacağına dair mübahisələr yox idi. Biz bunu qaçılmaz hesab edirdik. Məsələ yalnız bunun nə vaxt verəcəyi, bunun Rusiya və tərkibi üçün nəticələrinin necə olacağı ilə bağlı idi”. Putin həmin prezidentin adını çəkməyib. Deyib ki, şərqi Avropa ölkələrinin birinin başçısı olmuş həmin prezident bu məlumatı açıqlamamağı xahiş edib.
Putin bildirib ki, belə əhval-ruhiyyə üçün görünür əsaslar olub.(Azpost.info)

 


Geri dön