Ana Sayfa > Karusel / Dünya > Putin taksi sürücüsü işlədiyini etiraf edib:

Putin taksi sürücüsü işlədiyini etiraf edib:


12-12-2021, 19:40. Yazar: Admin

Rusiya prezidenti Putin bildirib ki, 1990-cı illərdə taksi sürücüsü işləyib.
Qarabaginfo.az bildirir ki, o bu barədə “Rossiya” telekanalında efirə gedəcək “Yeni tarix” filmindəki müsahibəsində açıqlayıb.
“Bəzən əlavə qazanc üçün taksidə çalışırdım. Bu barədə danışmaq xoş deyil, amma olub”-deyə Putin vurğulayıb.
2018-ci ildə “Putin” filmi üçün müsahibəsində də prezident 1990-cı illərdə taksi sürücüsü işləmək niyyətinə düşdüyünü demişdi. O etiraf etmişdi ki, Anatoli Sobçakın qubernator seçkilərini uduzacağı təqdirdə çörəkpulu üçün bu imkanı düşünüb.
“Zarafat eləmirəm. Nə etmək olardı? İki balaca körpə uşağım var idi”.(Azpost.info)

Geri dön