Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Məzahir Pənahov: "Seçki komissiyalarının formalaşdırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir"
Ana Sayfa > Karusel / Gündəm > Məzahir Pənahov: "Seçki komissiyalarının formalaşdırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir"

Məzahir Pənahov: "Seçki komissiyalarının formalaşdırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir"


12-12-2021, 13:24. Yazar: Admin

Məzahir Pənahov açıqladı: "394 nəfər..."

"Məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir".

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əksər seçki dairələrində bu işlər yekunlaşıb: "Mənə verilən məlumata görə, az sayda dairələrdə işlər qalıb. Yaxın vaxtlarda iclas keçiriləcək və işlər başa çatdırılacaq. Bununla da məntəqə seçki komissiyaları tam formalaşmış olacaq".


Geri dön