Ana Sayfa > Karusel / Gündəm > Kəmaləddin Heydərov: "Azad olunan ərazilərdə FHN-nin yeni Minaaxtaran Alayı yaradılıb"

Kəmaləddin Heydərov: "Azad olunan ərazilərdə FHN-nin yeni Minaaxtaran Alayı yaradılıb"


12-12-2021, 12:59. Yazar: Admin

Kəmaləddin Heydərov təltif olunub | Report.az

"Azad olunan ərazilərdə Fövqəladə Hallar Nazirliyinin yeni Minaaxtaran Alayı yaradılıb".

Qarabaginfo.az-ın xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, həmin ərazilərə ilk günlərdən nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

"Alayda 74 yeni minaaxtaran mütəxəssis yetişdirmişik, 120 ədəd minaaxtaran cihazlar xaricdən alınaraq həmin mütəxəssislərə təhvil verilib. Yeni yaradılmış alay Türkiyə mütəxəssisləri və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birlikdə ərazilərdə minadan təmizlənmə işlərini davam etdirirlər", - o vurğulayıb.


Geri dön