Ana Sayfa > Karusel / Gündəm > İndiyədək Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində nə qədər rüsum toplandığı açıqlanıb
İndiyədək Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində nə qədər rüsum toplandığı açıqlanıb12-12-2021, 12:57. Yazar: Admin |
"İki aya yaxındır Gorus-Qafan yolunda Dövlət Gömrük Komitəsinin müvafiq postu yaradılıb. Digər sərhəd-keçid məntəqələrimizdə olan beynəlxalq səviyyədə tanınmış Azərbaycan Respublikasının sərhədlərinə daxil olan vətəndaşlar, nəqliyyat vasitələri, yüngül nəqliyyat vasitələri necə vergilərə tabe tutulursa, Gorus-Qafan yolunda Azərbaycan ərazisinə daxil olan xarici avtonəqliyyat vasitələri və vətəndaşlar o qaydada qeydiyyatdan keçir və gömrük rüsumunu ödəyərək ölkə ərazisinə daxil olurlar". Qarabaginfo.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib. Qarşı tərəfin də bu cür addım atacağı məsələsinə şərh olaraq DGK sədri bildirib ki, onların hansıda adım atıb-atmayacağını deyə bilmərik: "Ora Azərbaycan Respublikasının ərazisidir. Bizim nəqliyyat vasitələri qarşı tərəfə daxil olarkən nə edəcəkləri barədə düşünmələri onların işidir. Bu günə qədər Gorus-Qafan yolundan dövlət büdcəsinə 2 milyon manata yaxın vəsait toplanıb". Geri dön |