Ana Sayfa > Karusel / Gündəm > Bakı-Moskva aviareysinin sərnişinləri başqa təyyarə ilə yola düşəcəklər

Bakı-Moskva aviareysinin sərnişinləri başqa təyyarə ilə yola düşəcəklər


12-12-2021, 12:53. Yazar: Admin

Bakı-Moskva aviareysinin sərnişinləri başqa təyyarə ilə yola düşəcəklər

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakıdan Moskvaya planlaşdırılan “Boeing-767” təyyarəsinin (J2-181 reysi) uçuşu texniki səbəblərə görə gecikir.

Qarabaginfo.az-a bu barədə “Azərbaycan Hava Yolları” aviaşirkətindən məlumat verilib.

Məlumatda bildirilir ki, sözügedən reysin sərnişinləri Moskvaya başqa təyyarə ilə yola düşəcəklər.

Zərurət olduqda, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar.


Geri dön