Ana Sayfa > Karusel / Dünya > Co Bayden: “Rusiyanın Ukraynaya müdaxiləsi halında Şərqi Avropadakı NATO ölkələrinə əlavə qüvvələr göndərəcəyik"
Co Bayden: “Rusiyanın Ukraynaya müdaxiləsi halında Şərqi Avropadakı NATO ölkələrinə əlavə qüvvələr göndərəcəyik"12-12-2021, 11:30. Yazar: Admin |
ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya müdaxiləsi halında Şərqi Avropadakı NATO ölkələrinə əlavə qüvvələr göndərəcək. Qarabaginfo.az bildirir ki, bu barədə məlumat Ağ Evin rəsmi saytında yerləşdirilib. Amerika liderinin sözlərinə görə, o, əvvəllər bunun baş verəcəyi təqdirdə iqtisadi nəticələrin Rusiya üçün nə qədər dağıdıcı olacağını Vladimir Putinə bildirib. Bayden əmindir ki, bu addımlar təkcə Moskvaya təsir etməyəcək, həm də digər ölkələrin ona qarşı münasibətini dəyişəcək. Geri dön |