Ana Sayfa > Karusel / Dünya > ABŞ-ın Dövlət katibinin köməkçisi Ukrayna və Rusiyaya səfər edəcək

ABŞ-ın Dövlət katibinin köməkçisi Ukrayna və Rusiyaya səfər edəcək


11-12-2021, 22:01. Yazar: Admin

 

ABŞ-ın Dövlət katibinin Avropa və Asiya üzrə köməkçisi Karen Donfrid

ABŞ-ın Dövlət katibinin Avropa və Asiya üzrə köməkçisi Karen Donfrid 13-15 dekabr tarixlərində Moskva və Kiyevə səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti məlumat yayıb.

Məlumatda deyilir: “Donfrid 13-15 dekabr tarixlərində Ukrayna və Rusiyaya səfər edərək dövlət adamları ilə görüşəcək. Görüşlərdə Rusiyanın hərbi potensialını artırması və Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə münasibətdə ABŞ-ın səylərini artırması müzakirə ediləcək. Dövlət katibinin köməkçisi bildirir ki, Minsk razılaşmasına əməl edilməklə Donbasdakı münaqişənin həlli üçün diplomatik irəliləyişə nail olmaq mümkündür”.

Kiyev və Moskvadakı görüşlərin ardınca Karen Donfrd 15-16 dekabr tarixlərində NATO və onun Avropadakı tərəfdaşları ilə məsləhətləşmələr aparmaq üçün Brüsselə yola düşəcək.(Apa)


Geri dön