Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Hadisə > Qəbələdə avtomobillər toqquşub, xəsarət alanlar var
Qəbələdə avtomobillər toqquşub, xəsarət alanlar var11-12-2021, 19:03. Yazar: Admin |
|
Qəbələ rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Qarabaginfo.az-ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Nic qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı iki avtomobil toqquşub. Hadisə nəticəsində maşınlardan biri yoldan çıxaraq kolluq əraziyə aşıb. Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.(Report)
![]() Geri dön |