Ana Sayfa > Karusel / Dünya > Ermənistanın Gənclər Fondunun direktoru həbs olunacaq

Ermənistanın Gənclər Fondunun direktoru həbs olunacaq


26-01-2019, 11:10. Yazar: Admin

Ermənistanda məhkəmə İstintaq Komitəsinin müstəntiqinin bu ölkənin Gənclər Fondunun direktoru, parlamentin deputatı Karen Avakyan barəsində həbs imkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin edib.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Naira Arutunyan özünün "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ermənistanın Gənclər Fondunun icraçı direktoruna qarşı külli miqdarda mənimsəmə və pulların yuyulması ilə bağlı ittihamlar irəli sürülüb.

Daha əvvəl bildirilib ki, ötən ilin mayında İstintaq Komitəsinə Ermənistanın Gənclər Fondu qəyyumlarının şura üzvündən şikayət ərizəsi daxil olub. Ərizədə parlamentin deputatı Karen Avakyanın aprelin 6-da fondun adından 326 milyon dram (672,1 min ABŞ dolları) məbləğində müqavilə bağlaması göstərilib. Bu fakt üzrə Ermənistanın Cinayət Məcəlləsinin müvafiq maddələri (külli miqdarda mənimsəmə və ya israfçılıq) üzrə cinayət işi qaldırılıb. 

Daha əvvəl Ermənistanın 2008-ci ildə konstitusiya quruluşunu devirməkdə ittiham olunaraq həbsdə olan sabiq prezidenti Robert Koçaryan tərəfdarlarına müraciət yayaraq siyasi məhbus olduğunu iddia edib.


Geri dön