Ana Sayfa > Karusel / Gündəm > DİN-dən məktəbə hücum xəbəri haqda daha bir açıqlama
DİN-dən məktəbə hücum xəbəri haqda daha bir açıqlama11-12-2021, 13:44. Yazar: Admin |
Daxili İşlər Nazirliyi Tərtər rayonunda yerləşən məktəbə hücum edilməsi ilə bağlı yayılan məlumatlar əsasında başlanılan araşdırmanın nəticəsini açıqlayıb. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qarabaginfo.az-a bildirilib ki, Tərtər rayon Şıxarx qəsəbəsindəki 2 saylı tam orta məktəbə hücum edilməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb: “İkinci Qarabağ müharibəsi zamanı Silahlı Qüvvələrimizə qarşı cavab tədbirləri görə bilməyən erməni hərbi birləşmələri evlərə və digər mülki obyektlərə raket və artilleriya zərbələri endiriblər. Bu atəşlər nəticəsində evləri zərər görmüş Şıxarx qəsəbə sakinləri və bir neçə köçkün ailələri həmin məktəbdə müvəqqəti yerləşiblər. Ötən müddət ərzində yaşayış yerləri tam hazır olmayan bir neçə ailə hal-hazırda orada yaşayır. Məktəbdə avadanlıqlara ziyan dəyməsi və dağınıqlığın yaranması isə nəzarətsizlik səbəbindən baş verib”.
Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir. Qeyd edək ki, daha əvvəl Tərtər rayon Sarvan Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbinin direktoru Tofiq Hacıyev hücumun olduğunu təsdiqləmişdi: "Hadisə 10-15 gün əvvəl olub. Bu barədə rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Polis Şöbəsinə məlumat verilib. Hadisəni törədən şəxslərin kimliyi hələlik məlum deyil".
Geri dön |