Ana Sayfa > Karusel / Gündəm > Şəki sakini odlu silahı polisə təhvil verib

Şəki sakini odlu silahı polisə təhvil verib


11-12-2021, 12:09. Yazar: Admin

Şəki sakini odlu silahı polisə təhvil verib


Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, vətəndaşlara edilən müraciət və profilaktiki tədbirlərin nəticəsi olaraq şəhər sakini Müşviq Məsimzadə müraciət edərək müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini və müxtəlif markalı yivli silahlara məxsus ümumilikdə 67 ədəd patronu könüllü olaraq polisə təqdim edib.

Faktla bağlı araşdırma aparılır.


Geri dön