Ana Sayfa > Karusel / Region > Türkiyəni PUA istehsal edən ölkəyə çevirən vacib amillər: Bayraktar buna necə nail oldu? - ƏTRAFLI

Türkiyəni PUA istehsal edən ölkəyə çevirən vacib amillər: Bayraktar buna necə nail oldu? - ƏTRAFLI


10-12-2021, 21:08. Yazar: Admin
Türkiyəni PUA istehsal edən ölkəyə çevirən vacib amillər: Bayraktar buna necə nail oldu? – ƏTRAFLI“Casus” kanalının müəllifi Ruslan Aysin Türkiyənin Pilotsuz uçuş aparatı (PUA) sahəsini necə inkişaf etdirməsi ilə bağlı maraqlı məlumatları açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, müəllif PUA istehsalı sahəsinin Türkiyənin müdafiə sənayesinin milliləşdirilməsi ilə sıx bağlı olduğunu deyib. Müdafiə-sənaye kompleksinin inkişafının Türkiyə rəhbərliyinin prioritet istiqamətlərindən biri olduğunu açıqlayıb: “Türkiyə 1974-cü ildə Kipr əməliyyatı ilə əlaqədar embarqonun tətbiqindən sonra bu istiqamətdə ilk addım atdı. Bu vəziyyət Türkiyədə müasir müdafiə sənayesi infrastrukturunun qurulması üçün lazım olan siyasətin müəyyənləşdirilməsinin əsasını qoydu. 1974-1985-ci illərdə Türk Aerokosmik (TUSAŞ-1973), ASELSAN (1975), daha sonra ASPILSAN (1981) və HAVELSAN (1982) kimi müdafiə müəssisələri yaradıldı” – Ruslan Aysin vurğulayıb .

Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”

Kanal müəllifi Türkiyənin PUA istehsal edən ölkəyə çevrilməsini bir çox amillərlə əlaqələndirib:

“Birincisi bu müdafiə sənayesi sahəsində baş verən transformasiyadır. Burada Müdafiə Sənayesi İcraiyyə Komitəsinin (SSİK) 2004-cü ilin mayında keçirilən iclasında qəbul edilmiş qərarlar mühüm əhəmiyyət kəsb edib. Ən vacib qərar “PUA”ların, hücum taktiki kəşfiyyat helikopterlərinin və müasir tankların alınmasından imtina və “milli resurslardan maksimum istifadə, yerli istehsal və orijinal dizayn” əsasında yeni satınalma modellərinin formalaşdırılması idi. Türkiyə bu qətiyyətlə Milli Dəniz Gəmi İnşası Proqramını (MİLGEM ) qurdu və ATAK (Milli Hücum Helikopteri Layihəsi) və Altay (Milli Döyüş Tankı Layihəsi) kimi yeni təşəbbüslərə başladı. Təbii ki, bu qərar 1984-cü ildə müdafiə sənayesinin milliləşdirilməsi istiqamətində atılan addımın tərkib hissəsi idi. Burada vurğulanması lazım olan başqa bir məqam isə Ərdoğanın xaricdən asılılığı azaltmaq, daxili və milli imkanları inkişaf etdirmək məqsədinin əhatəli strategiya ilə birləşdirilməsidir. Məqsəd Türkiyənin statusunu yüksəldəcək, ölkənin üzləşdiyi təhlükəsizlik təhdidlərinə cavab verəcək və iqtisadi xərcləri azaldacaq hərbi-sənaye kompleksi yaratmaq idi. Türkiyə son 20 ildə bu istiqamətdə çox böyük yol keçib. PUA platformaları ilə əldə edilən irəliləyişlər bu məsələdə xüsusilə mühüm rol oynayıb”.

Bayraktar: Türkiyə hərbi dronların istehsalı sahəsində necə irəlilədi? - BBC News Azərbaycanca

Müəllifin fikrincə ikinci mühüm amil isə 2005-ci ildə “Bu layihə (PUA) dəstəklənsə, Türkiyə beş il ərzində dünyada bir nömrə ola bilər” deyən Səlcuk Bayraktarın öz hekayəsidir. Onun dediyi həqiqətən də oldu. Türkiyə bir nömrəli olmasa da, keyfiyyətli PUA istehsal edən ölkə kimi dünyada özündən söz etdirməyi bacardı. Üçüncü əsas amil son 10 ildə Türkiyənin təhlükəsizlik sektorunda baş verən mühüm dəyişikliklərdir: “Burada Suriya böhranının yaratdığı təhlükəsizlik risklərini vurğulamaq lazımdır. Suriya böhranı Türkiyəyə qarşı asimmetrik təhdidlərin, xüsusən də terrorizmin şaxələnməsinə səbəb olub. Silahlı qruplaşmaların müxtəlifliyi sərhədyanı hərbi əməliyyatlarda “PUA”lara ehtiyacı artırıb. Xüsusilə kəşfiyyat məlumatlarının toplanması, hava üstünlüyü və hədəfi ağıllı sursatlarla məhv etmək kimi imkanlar, silahlı qüvvələrin effektivliyini artıraraq, hərbi əməliyyatlarda uğurlarını ən yüksək həddə çatdırıb” – deyə Ruslan Aysin fikirlərini tamamlayıb.(Konkret.az)

 


Geri dön