Ana Sayfa > Karusel / Gündəm > Milli Məclisin komitə sədri ilə nazir müavini arasında mübahisə düşüb

Milli Məclisin komitə sədri ilə nazir müavini arasında mübahisə düşüb


25-01-2019, 16:30. Yazar: Admin

 

 

“Büdcə müzakirələri zamanı bələdiyyələrlə bağlı bəzi problemlər qaldırıldı. Bəzi bələdiyyələrin hesabları dondurulub, bu məsələdə onlara Ədliyyə Nazirliyi də köməklik göstərməlidir. Sizin bu barədə heç məlumatınız yoxdur, necə kömək edəcəksiniz? Çünki siz maraqlanmırsınız...”

"Qarabaginfo" “Report.az”a istinadən xəbər verir ki,bunu parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə deyib.

Komitə sədri bildirib ki, bələdiyyələrə kömək etmək lazımdır: “Axı onların başqa təşkilatı yoxdur. Bəs onlara kim kömək etməlidir?”.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib ki, təkliflər qanunvericiliyə salınmalıdır: “O zaman icra edərik. Siz onu qanunvericiliyə daxil etməsəz, biz onu necə icra edə bilərik? Burada hər hansı maneədən söhbət gedə bilməz".


Geri dön