Ana Sayfa > Karusel / Siyasət > Vüsal Quliyev: “QHT-lər beynəlxalq ictimaiyyəti mina məsələsinə hüquqi qiymət verməyə çağırır”

Vüsal Quliyev: “QHT-lər beynəlxalq ictimaiyyəti mina məsələsinə hüquqi qiymət verməyə çağırır”


10-12-2021, 18:53. Yazar: Admin

Prezident Aparatında Vüsal Quliyev Sektor Rəhbəri Təyin Edilib

Bu gün 100-dən artıq QHT-nin nümayəndəsi 10 Dekabr – Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar Tərtərin işğaldan edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər edib. Məqsəd ermənilərin 30 il ərzində işğal dövründə törətdiyi vandallıq aktları ilə tanış olmaqdır.

Qarabaginfo.az-ın yerli bürosunun xəbərinə görə, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Müşahidə Şurasının sədr müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev deyib.

O qeyd edib ki, xüsusən QHT-lərin daha çox toxunmaq istədikləri mövzu mina məsələsidir.

V. Quliyevin sözlərinə görə, QHT-lər beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən kütləvi mina basdırılmasına və bunun nəticəsində insanların həlak olması məsələsinə hüquqi qiymət verməyə çağırır.

V. Quliyev vurğulayıb ki, dəqiq mina xəritələrinin təqdim edilməsi ilə bağlı Ermənistana təsir mexanizmi olmalıdır.


Geri dön