Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda turizm subyektlərinin reyestri elektron qaydada aparılacaq

Azərbaycanda turizm subyektlərinin reyestri elektron qaydada aparılacaq


10-12-2021, 17:15. Yazar: Admin

Azərbaycanda turizm subyektlərinin reyestri elektron qaydada aparılacaq

Azərbaycanda turizm subyektlərinin reyestri elektron qaydada aparılacaq.
Qarabaginfo.az-ın məlumatına görə, bu, “Turizm haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, turizm sənayesi subyektləri barədə məlumatların toplanılmasını, saxlanılmasını, istifadəsini və daxil edilən məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını, həmin məlumatlar əsasında turizm sənayesi subyektlərinin reytinq cədvəllərinin formalaşdırılmasını, istifadəçilər tərəfindən normativ hüquqi aktlara uyğun olaraq açıq hesab edilən məlumatların əldə olunmasını, turizm sahəsində elektron xidmətlər göstərilməsini, məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə dövlət turizm orqanı Turizm Reyestrini yaradacaq və həmin reyestrin elektron formada aparılmasını təmin edəcək. Turoperator və turagentlər fəaliyyətə başladıqları tarixdən 15 gün müddətində mülki məsuliyyətin sığortası barədə məlumatları Reyestrə daxil etməlidirlər. Mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatları müəyyən edildiyi tarixdən 15 gün müddətində Turizm Reyestrinə daxil etməlidirlər. Turizm sənayesi subyektləri Turizm Reyestrində onlar barədə olan məlumatlar dəyişdiyi halda (real vaxt rejimində yenilənən məlumatlar istisna olmaqla) 15 gün müddətində bu məlumatların Turizm Reyestrində yenilənməsini təmin etməlidirlər.


Geri dön