Ana Sayfa > Karusel / Gündəm > Azad edilmiş ərazilərdə sahibkarlara kommunal xidmətlər üzrə güzəştlər olunacaq
Azad edilmiş ərazilərdə sahibkarlara kommunal xidmətlər üzrə güzəştlər olunacaq10-12-2021, 16:50. Yazar: Admin |
İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər üzrə güzəştlər müəyyən ediləcək. Qarabaginfo.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamda əksini tapıb. Sərəncama əsasən, Nazirlər Kabinetinə 3 ay müddətində işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi istiqamətində təkliflərini hazırlayacaq. Geri dön |