Ana Sayfa > Karusel / Gündəm > Pul nişanına hörmətsizlik edən şəxs polisə ÇAĞRILDI

Pul nişanına hörmətsizlik edən şəxs polisə ÇAĞRILDI


10-12-2021, 14:51. Yazar: Admin

"Pul nişanına hörmətsizlik edən şəxs müəyyən olunaraq, polis orqanına çağırılıb".

 

Bunu Qarabaginfo.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

 

O bildirib ki, paytaxt sakini Etibar İskəndərovla profilaktiki söhbət aparılmaqla, bu əməlin neqativ hərəkət olması onun diqqətinə çatdırılıb: "O, bu əməlindən peşiman olduğunu deyib, sosial şəbəkələrdə yayılan həmin görüntülərlə görə üzrxahlıq edib".


Geri dön