Ana Sayfa > Karusel / Gündəm > ABŞ-ın müdafiə nazirindən İrana XƏBƏRDARLIQ

ABŞ-ın müdafiə nazirindən İrana XƏBƏRDARLIQ


10-12-2021, 14:50. Yazar: Admin

“İranın terrorçuluğa verdiyi dəstək və nüvə proqramı ilə bağlı İsrailin narahatlığını bölüşürük”.

 

Qarabaginfo.az xarici KİV-lərə istinadən məlumat verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Beni Qants ilə görüşdə deyib.

 

O, İsrailin İranın nüvə proqramı ilə bağlı mövqeyini dəstəklədiyini söyləyib: “Danışıqların uğursuz olacağı təqdirdə digər variantlara da əl atmağa hazırıq. Biz İranın təhdidlərinə qarşı İsrail başda olmaqla bütün müttəfiqlərimizlə işləməyə davam edəcəyik. Özümüzü, dostlarımızı və maraqlarımızı müdafiə edəcəyik”.


Geri dön