Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Ermənistan xarici işlər nazirinin müavini Vaqe Gevorkyanı qəbul edib.
Qarabaginfo.az Rusiya XİN-in saytına istinadən verdiyi məlumata görə, görüşdə Rusiya-Ermənistan ikitərəfli münasibətləri, eləcə də gündəmdə duran aktual beynəlxalq və regional məsələlər müzakirə olunub.
Qeyd edək ki, bu gün Moskvada Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinin işlənib hazırlanması ilə bağlı 3+3 formatında görüşün birinci iclası keçiriləcək. Görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.(Apa)